Azərbaycanlı müğənninin üstündə dava düşdü - Qız kəllə-beyin travması aldı

Rusiyada yaşayan azərbaycanlı ifaçı Nəvai Bəkirov xanımlar arasında mübahisəyə səbəb olub. Belə ki, Moskvanın "Secret Room" gecə barında həmyerlimiz üstündə dava düşüb.

"HammAli & Navai" qrupunun solisti olan Nəvai Bəkirov öz rəfiqəsilə adıçəkilən bara gəlib. Burada bir çox xanımlar azərbaycanlıya yaxınlaşaraq ona diqqət göstəriblər.

Belə ki, Moskvanın "Secret Room" gecə barında həmyerlimiz üstündə dava düşüb. Bu xanımlardan biri də aktrisa, model və "Mobil sarışınlar" qrupunun keçmiş üzvü Svetlana Stepanovskaya olub. Nəvaini digər xanımlara qısqanan rəfiqəsi bütün hirsini məhz Stepanovskayadan çıxıb.

Əlbəyaxa döyüş zamanı Svetlana kəllə-beyin və döş qəfəsi nahiyəsindən zədə alıb. Modelin üz-gözü də cızılıb. Zərərçəkmiş təcili yardım vasitəsilə hadisə yerindən aparılıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır.Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31