Deputat seçicilərinin növbəti qəbulunu keçirib
30 Yanvar 2021 11:40 SosialBakı şəhəri Nizami rayonu sakinlərinin Deputat Qərargahına daxil olan müraciətləri əsasında Milli Məclisin deputatı Könül Nurullayevanın seçiciləri ilə növbəti hibrid (canlı və onlayn) qəbulu həyata keçirilib. Könül Nurullayevanın Deputat Qərargahından "OLAYLAR"-a bildirilib ki, həftə ərzində, ümumilikdə, 15 nəfərin birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb, 7 nəfərin müraciəti canlı, 2 nəfərin müraciəti isə onlayn şəkildə qəbul zamanı dinlənilib.
Görüşlər zamanı qəbul iştirakçılarını ən çox narahat edən məsələlər məşğulluq, maddi yardım və daşınmaz əmlak problemlər olub. Qərargahdan bildirilib ki, müraciətlər qısa zamanda müvafiq qurumlara göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31