Nazirliyin əməkdaşları qocaman rabitəçiyə baş çəkib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları sosial məsuliyyət tədbiri həyata keçiriblər.

"OLAYLAR" xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və "Bakı Telefon Rabitəsi" MMC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri hazırda səhhətində ciddi problemlər yaranmış peşəkar və qocaman rabitəçi Xankişi Kişiyevi ziyarət edib.

Kişiyev Xankişi Feyruz oğlu 1990-1993-cü illərdə Bakı Telefon Rabitəsi İstehsalat Birliyində Baş mühəndis və 1993-cü ildən 2016-cı ilə qədər "Bakı Telefon Rabitəsi" MMC-nin baş direktor müavini vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31