Tibbi maskalar üz dərimizə necə təsir edir? EKSPERT AÇIQLADI
29 Yanvar 2021 19:09 SosialBir ilə yaxındır ki, pandemiya ilə mübarizədə tibbi maskalar əsas qoruyucu silahımıza çevrilib. Tibbi maskadan dügün istifadə etmədikdə üz dərimiz üçün müəyyən problemlər yarana bilər. Üz dərimizi qorumaq üçün bilməli və əməl etməli olduğumuz çox vacib qaydalar var.
Bəs tibb maskalardan istifadə üz dərimiz üçün hansı problemlər yarada bilər?
"Hazırkı dövrlə əlaqədar pandemiya zamanı tibbi maskalardan istifadə olunması məcburi və zəruridir. Təbii ki, biz oksigeni alırıq, karbonu buraxırıq. Maska taxmağımız karbonu kənarlaşmasına əngəl yaradır. Bu da dərimizdə bəlli problemlərin yaranmasına səbəb olur. Belə ki, tibbi maskaların uzun müddət üzdə qalması bir çox dəri problemlərinə səbəb ola bilər. Bunlardan başlıcası isə səpgilər, allergiyalar, qaşınmadır."
Bu fikirləri açıqlamasında kosmetoloq Nuranə Əzizova söyləyib.
Həm makyaj, həm də üzərinə maska taxmaq üzdə təbii ki, dərimiz üçün çox böyük problemlər yaradır
Kosmetoloq əlavə edib ki, son zamanlar pasiyentlərdə xüsusən də çənə nahiyəsində, aşağı üçdə bir hissəsində akne, post-akne, allergik səpgilər, qaşınmalar daha çox vüsət alıb. Çünki bəzi insanlar birdəfəlik tibbi maskaları təkrar-təkrar istifadə edirlər. Nəzərə alsaq ki, bəzi xanımlar makiyaja meyillidir. Belə olan halda həm makyaj, həm də üzərinə maska taxmaq üzdə təbii ki, dərimiz üçün çox böyük problemlər yaradır. Bilirsiniz ki, hər bir insanın üz dərisində məsamələr olur. Kimində gözlə görüləcək dərəcədə olur, kimində isə bilinmir. Məsamələrin içinə yığılıb qalmış toz, çirk isə məsamə dəliklərində qara nöqtələrin yaranmasına gətirib çıxarır. Çünki məsamələrin arasına bakteriya yığılıb qalır iltihabi sızanaqlar daha çox artır. Məsləhət bilərdim ki, birdəfəlik tibbi maskalardan uzun müddət istifadə etməsinlər. Ən əsası isə, üst-üstə bir neçə maskanın taxılması bu dəri üçün çox zərərlidir. Bir tibbi maska kifayətdir. Taxılan əlavə maskalar faydadan çox ziyan verir. Tibbi maskalardan bu cür istifadə olunmazsa daha məqsədəuyğundur. Çünki bu cür istifadə həm daxili orqanlara zərər verir, həm də üzə sürtünmə prosesini artırır. Evdə kustar üsulla hazırlanan parça maskalardan istifadəni də məsləhət görmürəm. Çünki parça maska üz dərisində sürtünmə yaradır. Parça maskalar üzdə iltihab əlamətlərini yaratması digər maskalardan daha çoxdur. Çünki parça maskalar iltihab əlamətləri artırır, məsamələri bağlayır. Ona görə də, tövsiyə etmirəm.
Dərimiz ən qoruyucu silahımızdır
Həmsöhbətimiz gündəlik maskadan istifadə edənlər üçün də önəmli tövsiyələr verib: "Həmin şəxslər evə gəldikdə mütləq, əl-burun-ağızlarını yuyusunlar ki, daxili orqanlara virus nüfuz etməsin Ən əsası deyə bilərəm ki, üz dərisində virus çox yaşaya bilmir. Dərimiz elə bir mexanizmdə təşkil olunub ki, virusu, bakteriyanı dəridə çox saxlaya bilməz. Ona görə ən gözəl qoruyucu elə bizim öz dərimizdir. Dərimiz ən qoruyucu silahımızdır. Əsas dərini təmiz saxlamaq lazımdır. Səpgiyə meyilli olan insanlara məsləhət görərdim ki, antibakterial sabunlarla üzlərini yusunlar . İltihab əleyhinə gicitkən otu və çobanyastığı dəmləməsi məsləhət görə bilərəm ki, üzlərini onla silsinlər. Bakteriyalar məhv olsun. Bu həm də səpgidən sonra qalan izlərin silinməsinə də kömək edəcək. Maskaların yaratdığı ləkələrə qarşı məsləhətdir ki, kosmetoloji şəraitdə pilinq olunmalıdır. Yəni, dərini yeniləmək lazımdır. Əgər səpgi, sızanaq çıxarsa tələbat olmadığı halda həmin yerlərə toxunmaq olmaz. Əl vurmaq, sıxmaq, zədələmək olmaz."
"İki sahil"