Üçəm dünyaya gətirən qadının faciəvi sonu

Üçəm dünyaya gətirən qadın iki gün sonra ölüb.

Olaylar.az xəbər verir ki, eyni anda üç sağlam övlad dünyaya gətirən 26 yaşlı qadın qanaxma səbəbindən dünyasını dəyişib.

Doğumdan sonra reanimasiyaya salınan 26 yaşlı Camila Cassimiro da Conceicao-nun həyatını xilas etmək mümkün olmayıb.

Faciəvi hadisə Brazilyada baş verib. Qadının ölüm xəbəri bütün ölkədə diqqət çəkib. Buna səbəb isə, qadının 6 övladının olmasıdır.

Belə ki, bundan əvvəl iki dəfə hamilə qalan qadın bir dəfə də əkiz doğub. 6 uşaq dünyaya gətirən qadın gənc yaşda dünyadan köçüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31