Sahibkarlara 169 mln manat dövlət zəmanətli kredit ayrılıb
29 Yanvar 2021 14:10 SosialElektron Kredit Platforması vasitəsi ilə 3300-dən çox müraciət qeydə alınıb. "Olaylar"ın məlumatına görə, İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, 529 müraciət üzrə 169 mln dövlət zəmanətli kredit ayrılıb: "Sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması effektiv vasitədir. Ötən il bu platformada 949 mln həcmdə 3300-dən çox müraciət qeydə alınıb. 529 müraciət üzrə 169 mln dövlət zəmanətli kredit ayrılıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31