Vilayət Eyvazov polis bölməsinin rəisini vəzifədən azad etdi

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

Olaylar.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.

Həmin vəzifəyə hələlik təyinat yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31