Nədir Vətən,oğlum,bilirsənmi?- Aytən Hüseynova YAZIR

Aytən  Hüseynova

Vətən nədir?!

Nədir Vətən,oğlum,bilirsənmi?

Vətən oğulların 30 ildən sonra əllərinə sığışdırdığı bir ovuç torpaq.. Gözlərinə, ürəyinə,qanlarına,canlarına yayılmış eşq....Vətən bilirsən nədir,oğul? Vətən

Xan Poladın təbəssümündən,üzünün nurundan işıq alan Günəş..Həmin günəş ki,gözünü itirmiş oğullar o günəşdən işıq alıb dünyaya baxarlar...Vətən İlqarın qanına qarışıb Elvinin gözlərindəki ata həsrətli kədər kimi göylərdə gizlənən Ay..Vətən şəhid oğlu ilə şəhid anasının bir anlıq baxışında vəhdətləşən unudulmaz bağ...Qarabağ....

Vətən bilirsən nədir?

Xudayarın dağların başında qurduğu xeymə,səsindəki sehrlə ürəyimizə çəkilən dağı,anasının ömürlük həsrət qaldığı yanağındakı qəmzə,həyat dolu gülüşü,baxışıdır.

Vətən şəhid oğlu,şəhid qızı kimi dünyaya gələn körpələrdir ki,nüfuslarına Qəhrəman şəhid uşaqları kəlmələri atalarının qanı ilə yazılır.

Vətən atasına məzar başında :"ad günün mübarək,ata"-,deyib atası adına şam söndürən körpələr,Vətən iki oğlunun məzarının ortasında özünə ev quran atadır.Vətən oğuldan tək ayağa,boş tabuta yadigar kimi baxan anadır...Oğlunun gəlməyəcəyini bilə-bilə yol gözləyən anadır...

Vətən,bilirsən,nədir oğul?İllər öncə Daşaltıda Təbrizini qurban verib,məğrur dayanan Xəlil Rzadır ki,sonra oğul həsrətilə şeir yazmış:

Məqbərənə gül düzərəm,

Gülüm,Təbrizim,Təbrizim!

Doğrudanmı səni tapdı

Ölüm,Təbrizim,Təbrizim!

Vətən bilirsənmi nədir, oğul? Vətən uşaqlarını qucaqlamağa qollarını tapmayan ,yeriməyə ayağını tapmayan qazilərdir.Dünya işığına həsrət qalan ərənlərdir.Vətən fidan yaşında dul qalan gəlinlərdir.Vətən 18 yaşında anasını şəhid oğul anası edən körpə gülüşü üzündə qalan,məsum baxışı ürək dağlayan balalardır.

Vətən, bilirsənmi,nədir,oğul? Vətən bir günü ac,bir günü tox min zülmlə böyüyüb ana ata komasının işığını söndürən oğullardır.

Vətən nədir,oğul?

Vətən "niyə mən"-,demədən güllə qabağına atılmaq,düşmənə qan uddurmaqdır.

Vətən gül-çiçəyə bürünmüş Şəhidlər xiyabanıdır.Vətən papaq altından çıxıb,bayrağa yorğan əvəzi bürünüb torpaq altında uyuyan ərlərdir.

Vətən sevgisini Koroğlu,Qazan xan təşbehi ilə yox,bəzəksiz təsvirlərlə vermək istəsən,Təbriz,Salatın,Mübariz ,Polad,İlqar,Xudayar,Təbriz,Çoşqun,Rəşad,Arəstə de......və sonu,sayı olmayan şəhidlik zirvəsi de...

Bilirsənmi ,oğul! Nə qədər ki,ər oğullar doğan analar var, o zaman Vətən zümrüd quşu kimi hər zaman yenidən doğar,yenidən doğular.....

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31