Nazirlik yeni dövlət istiqrazı yerləşdirib
22 Yanvar 2021 11:50 Sosial19 yanvar 2021-ci il tarixində "Bakı Fond Birjası" QSC-də Maliyyə Nazirliyinin AZ0105002882 ISIN kodlu, tədavül müddəti 728 gün olan 75,0 milyon manat məbləğində dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, AZ0105002882 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 172,7 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 75,0 milyon manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99,0546 (gəlirlilik 7,5179%) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 17 yanvar 2023-cü ildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31