Pərdə, plyonka və jalüzlərə qadağa qoyulur? - QANUN DƏYİŞDİ
22 Yanvar 2021 11:47 SosialSürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.
Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi hazırlanıb.
Dəyişikliyə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Layihi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31