Paytaxtda yataqxanada yanğın baş verib

Bakıda yataqxanada yanğın olub. Bu barədə "Olaylar"a Fövqəladə Hallar Nazirliyindən məlumat evrilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 1500 m² olan üçmərtəbəli yataqxana binasının (sökülməkdə olan) ikinci və üçüncü mərtəbələrinin taxtadan ibarət arakəsmələri 70 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31