İtkin düşən zabitimizin şəhid xəbəri gəldi - FOTO

44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Olaylar.az  xəbər verir ki, Quba rayonu 2-ci Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.

(oxu.az)

​​​​​​​

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31