Sahibə Qafarova: “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq”

Milli Məclisin Sədri Sahibə Qafarova 20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı "Twitter" səhifəsində paylaşım edib. "Olaylar" xəbər verir ki, spiker paylaşımında "1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin - 20 Yanvar faciəsinin günahsız qurbanlarının ruhları qarşısında baş əyir, əziz xatirələrini dərin ehtiramla anırıq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaqdır", - deyə yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31