Hərbi Prokurorluğun 19 işçisi cəzalandırılıb

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub. "Olaylar"ın məlumatına görə, bunu kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib. X.Vəliyev deyib ki, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib: "1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə "şiddətli töhmət", 11-nə isə "töhmət" elan  edilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31