Gəncə və Bakıda şəhid ailələrinə tibbi xidmətlər göstərilib
21 Yanvar 2021 16:04 Sosial"YAŞAT" Fondu yaralanan şəxslərin və şəhid ailəsi üzvlərinin müalicə xərclərinin qarşılanması üzrə işləri davam etdirir.
"OLAYLAR"-a daxil olan xəbərə görə, Fond tərəfindən Bakı və Gəncə şəhərində müvafiq kateqoriyadan olan növbəti şəxslərin tibbi müayinələrdən keçirilməsi və əməliyyatı təmin edilib.
Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.
Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31