DİN-dən xəbərdarlıq: “Özünü polis əməkdaşı kimi təqdim edənlərin sayı artıb”

Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. DİN-dən "Olaylar"a bildirilib ki, həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır: "Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik. İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir".

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "Facebook", "İnstagram", "Twitter", "Youtube" və "Telegram" hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

Facebook - (https://www.facebook.com/polisazerbaycan/)

İnstagram - (https://www.instagram.com/polisazerbaycan/)

Youtube - (https://www.youtube.com/polisazerbaycan )

Twitter - (https://twitter.com/polisazerbaycan)

Telegram - (https://t.me/polisazerbaycan )

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31