İlk qarın LƏTİFƏSİ

Ədib İSAOĞLU

Qar yağır... Elə bu qarlı Naxçıvandan hamıya salam olsun. Qarı gördüm İsa babadan bir əhvalat düşdü yadıma. 
Qarlı havaların birində İsa baba kəndimizin dil ədibiyyat müəllimi Ələddin müəllimlə çıxırlar kəndin ətrafına gəzməyə.(Xatırladım ki, İsa Baba təbiəti mühafizənin müfəttişi idi) Baxırlar ki, bir nəfər bunları görüb qayıdib qaçır kəndə. İsa baba deyir ay məllim gəl görək bu oğlan ölmüş kimdi belə, bunu qanbağır edək. Düşürlər izi təqib edib gəlirlər Tənənəmdə məhşur olan Əsgərgilin təndir damına.
-Ay Əsgər, ay Əsgər, Əsgər çıxır çölə.
-Bay İsax dayı, (Tənənəmdə İsa babaya çox adam İsax deyirdi) sən xoş gəlibsən bizə. ə tez o toyuğu tut, İsax dayı gəlib.
-Ə dayan görəy ay Əsgər, əziyyət çəkmə. De görək burdan ovçu keçmiyibdi?
-Yooo İsax dayı görmədim.
-Ə, nətəri görmədin, iz düz gəlir sizin qapıya.Əsgər özünü itirməyə başlayır.
-İsax dayı, əslində bir nəfər fişəy kimi keşdi, tanıya bilmədim.
-Əsgər, sən öz kəndçiii tanıya bilmədin?
-Əslində tanıdım ey İsax dayı, ancax ana söyüşü söydü ki, heç kimə demə.
 Əsgərin bu şirin yalanına İsa baba möhkəm şaqqanaq çəkib gülür.
-Əliyəddin, ta indi Əsgərin toyuğunu tut arağınnan vurub-yemək olar.
Bu da bu günkü qarın xatirəsi.

İlk qarın LƏTİFƏSİ

İlk qarın LƏTİFƏSİ

 

 

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31