Millət vəkili şəhid məzarlarını ziyarət edib
20 Yanvar 2021 14:39 SosialBu gün Qanlı Yanvar faciəsindən 31 il ötür. Xalqımız faciə qurbanlarını dərin ehtiram və hüznlə anır.
"OLAYLAR" xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva da Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında olub. Deputat şəhidlərimizin əziz xatirəsini yad edib.
Millət vəkili Könül Nurullayeva Qanlı Yanvar faciəsi qurbanlarının simasında həm Birinci Qarabağ savaşı, həm də 44 günlük Vətən müharibəsi Şəhidlərinin məzarlarını ziyarət edib, şəhid qəhrəmanlarımızın məzarları önünə tər qərənfillər düzüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31