Bu nazirin qardaşı oğlu Rəmişin müalicə xərclərini üzərinə götürdü - FOTO
20 Yanvar 2021 15:35 SosialMəşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun ( Rəmiş) səhhətindəki problemlər səngimək bilmir.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyət çəkən sənətkarı ziyarət edənlər arasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun qardaşı oğlu Sahib Heydərov də olub.
O, ötən gün həyat yoldaşı ilə birlikdə Rəmişin evinə gedərək, onun səhhəti ilə maraqlanıb.
Sahib Heydərov Xalq artistinin səhhətinin normallaşması üçün müalicə xərclərini də öz üzərinə götürüb.
Məqaləyə dair fotomateriallar:


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31