20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq - Britaniya səfiri
20 Yanvar 2021 13:33 SosialBöyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp öz "Twitter" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
Olaylar.az Trend-ə istinadən paylaşımda deyilir:
"2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu. Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31