Britaniyanın səhiyyə naziri özünü təcrid edib
19 Yanvar 2021 15:34 SosialBöyük Britaniyanın səhiyyə naziri Matt Hankok özünü təcrid edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə o, "Twitter"də yayımladığı videomüraciətdə bildirib.
M. Hankok səhiyyə xidmətinin COVID-19 mobil aplikasiyası vasitəsilə xəbərdarlıq aldığını deyib.
Nazirin sözlərinə görə, analizinin nəticəsi müsbət çıxan şəxslə təmasda olduğuna görə bu həftənin sonunadək özünü təcrid edəcək və evdən işləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31