İnsanlar könüllü olaraq vaksinasiya prosesində iştirak etməlidilər
19 Yanvar 2021 15:18 SosialHəkim Aysel Əskərova: "Ölkəmizdə tətbiq olunmaq üçün seçilmiş "CoronaVac" vaksini kifayət qədər tədqiqatlarda müsbət nəticələr verib"
Yanvarın 18-dən ölkədə rəsmi olaraq COVİD-19-a qarşı mübarizə tədbirləri çərçivəsində vaksinasiya tətbiq edilir. Məsələ ilə bağlı fikirlərini bildirən Kaspian Hospitalın həkimi Aysel Əskərova deyib ki, virusla mübarizənin ən effektiv yollarından biri cəmiyyətdə kütləvi immunitetin yaranmasıdır: "İnsanlar könüllü olaraq vaksinasiya prosesində iştirak etməlidilər və bunu çəkinmədən həyata keçirməlidirlər. COViD-19 dalğasının səngiməsi üçün bunun vacibliyini, zəruliliyini bilirik".
Aysel Əskərovanın sözlərinə görə, ölkəmizdə tətbiq olunmaq üçün seçilmiş "Sinovac" şirkətinin "CoronaVac" vaksini kifayət qədər tədqiqatlarda müsbət nəticələr verib və üstünlük qazanıb: "Yəni insanlar çin vaksinidir deyə narahat olmasınlar. Çində tibb və texnologiya kifayət qədər inkişaf edib".
Aysel Əskərova onu da qeyd edib ki, çox böyük ümidlə həyatın normal axına düşməsini gözləyirik və insanlar sağlamlığın, sərbəstliyin insan həyatında nə qədər dəyəyərli olduğunu dərk ediblər: "Vaksin normal həyata dönməyimiz üçün ən optimal yoldur. Bu yolda hər bir kəsə uğurlar arzulayıram".