AzTU-da 20 Yanvar qurbanları yad edilib

20 Yanvar-Ümumxalq hüzn günü ilə əlaqədar yanvarın 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) kollektivi Şəhidlər abidəsinin qarşısında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı təhsil ocağı yayıb.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.

Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31