Sumqayıtda 35 yaşlı qadın özünü 8-ci mərtəbədən atdı

Sumqayıtda intihar hadisəsi baş verib.

Olaylar.az bildirir ki, hadisə şəhərin 30-cu məhəlləsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tünzalə Qənbərova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü ataraq intihar edib. Hadisənin səbəbləri bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31