Deputatlar parlamentin iclasında Prezidentin xalqa müraciətini canlı izlədilər

Noyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

Noyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirilib. "Olaylar" xəbər verir ki, iclas davam edən zaman prezident İlham Əliyevin Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti yayımlanıb.  Milli Məclisin sədri Sahibə Qafarova prezident İlham Əliyevin çıxışının parlamentdə yayımlanmasına və və bütün deputatların tarixi çıxışı izləməsinə şərait yaradıb. Bununla da ölkə başçısının çıxışı zamanı parlamentdə deputatların müzakirələri dayandırılıb. Hər bir deputat prezidentin xalqa təbrikini canlı izləyib. İlham Əliyevin xalqa müraciəti başa çatandan sonra parlament işinə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31