Şənbə və bazar günləri taksilər işləyəcək

Şənbə və bazar günləri fəaliyyətinə icazə verilən sahələr arasında taksi fəaliyyətinin göstərilməməsi taksilərin həftəsonları işləməyəcəyi xəbərlərinin yayılmasına səbəb olub.

Həftəsonları taksilər fəaliyyətini davam etdirəcək, taksilərin işi məhdudlaşdırılmayacaq.

Qeyd edək ki, dünən ölkə üzrə karantin müddətinin uzadılması ilə bağlı qərarda noyabrın 21-dən dekabrın 28-dək həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilsə də, bənddə taksi xidmətlərinin fəaliyyətinin qadağası göstərilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31