Poliklinikalar 7 gün gücləndirilmiş iş rejimində çalışacaq
Son günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan ( Bakı şəhəri üzrə ) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib.
17 Noyabr 2020 14:04 SosialSon günlər yoluxma hallarının artmasını nəzərə alaraq Səhiyyə Nazirliyinin idarəçiliyində olan ( Bakı şəhəri üzrə ) poliklinikalar gücləndirilmiş iş rejiminə keçib. Bu barədə "Olaylar"a Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19 -la bağlı xidmətlər göstəriləcək. Bura evdə müalicə alan xəstələrin müşahidəsi, yaxmaların götürülməsi və kompleks vitaminlərin paylanması daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31