Daşınmaz əmlak üzrə birillik sığorta müqaviləsi yenilənəcək
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlara xəbərdarlıq edib.
17 Noyabr 2020 11:22 SosialAzərbaycan Sığortaçılar Assosiasiyası (ASA) daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlara xəbərdarlıq edib. Qurumdan verilən məlumata görə, daşınmaz əmlakın icbari sığorta ilə bağlı müddəti bitmək üzrə olan müqavilələr qanunvericiliyə görə yenilənməlidir. "Daşınmaz əmlakın icbari sığortası "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu növ məcburi olaraq tətbiq edilir. Ötən ilin sonunda bu sığorta növü üzrə ciddi təbliğat işləri aparıldı və nəticədə əhalinin böyük bir hissəsi daşınmaz əmlakını sığortaladı. Sığorta müqavilələrinin müddətinin 1 il olduğunu nəzərə alsaq, ötən ilin sonunda bağlanmış müqavilələrin müddəti bu günlərdə bitmək üzrədir.