Qarabağın Şəhid Türk məzarları

  Qarabağ bölgəsinin tarixi, mədəniyyət və incəsənət, eləcə də eyni adlı qəzanın mərkəzi olmuş Şuşa şəhərindən şimal-şərqə 12 km aralıda, Qarqar çayının sağ sahilindən 1,5-2 km kənarda yerləşən Malıbəyli, eləcə də Yuxarı və Aşağı Quşçular kəndləri (onların ara məsafəsi 5-6 km olar) 1905-1920-ci illər ərzində hay-daşnak ünsürləri yuva qurmuş Dağdağan, Ballıca, Daşkənd, Harov, Badara... kəndlərindən yerli dinc müsəlman-türk ailələrinə qarşı amansız qətliamlar və soyqırım faciələri törədilmişdir.

Qarabağ bölgəsinin tarixi, mədəniyyət və incəsənət, eləcə də eyni adlı qəzanın mərkəzi olmuş Şuşa şəhərindən şimal-şərqə 12 km aralıda, Qarqar çayının sağ sahilindən 1,5-2 km kənarda yerləşən Malıbəyli, eləcə də Yuxarı və Aşağı Quşçular kəndləri (onların ara məsafəsi 5-6 km olar) 1905-1920-ci illər ərzində hay-daşnak ünsürləri yuva qurmuş Dağdağan, Ballıca, Daşkənd, Harov, Badara... kəndlərindən yerli dinc müsəlman-türk ailələrinə qarşı amansız qətliamlar və soyqırım faciələri törədilmişdir.

Hay kilsəsinin təşkilatçılığı və başçılığı ilə onların vəhşiliyi nahiyənin Qaybalı, Qaladərəsi, Xəlfəli, Mirzələr, Zamanpəyəsi, Nağılar... kəndlərinin də günahsız sakinlərinə yönəlik olmuşdur, 1920-ci illərədək.

Azərbaycan sərhədləri hüdudlarında o illərdə bu cür müsibətlərin qarşısının alınmasında məkrli və xəyanətkar quldurlara qarşı vuruşlara sinə gərən Azərbaycan Milli Ordusunun, yerli özünümüdafiə dəstələrinin üzvləri, el qəhrəmanları ilə birlikdə çiyin-çiyinə döyüşən Osmanlı Türkiyəsinin IV Ordusunun (general Musa Kazım Qarabəkir paşanın (1886-1948) başçılığı ilə) və 5-ci Qafqaz İslam Ordusunun (general Nuru Killigil paşanın (1890-1949) rəhbərliyi sayəsində) əsgər-zabit heyətinin Şəhid olmuş döyüşçülərinin müqəddəs məzarları Şuşa qəzasının mərkəzində və adı çəkilən kəndlərində 1992-ci ilədək qorunurdu.

Şuşa şəhərindən 6-7 km şimal-qərbdə olan Qybalı kənd qəbirstanlığında Şəhid Türk əsgərinin məzarı üzərində baş daşı (ölçüsü 1-1,2 m olardı, latın əlifbası ilə yazılı və "Ay-ulduz" nişanlı) müqəddəs bir nişanə idi.

Şəhərin alt hissəsində, "Qoruq yeri" deyilən ərazidə, 3 km-lik məsafədə olan Şuşakəndə gedən yolun üstündə (Cıdır düzünün altında), Qala bürclərinin önündə və "Aşağı məhəllə"nin qəbirstanlığının yaxınlığında Şəhid Türk zabitinin məzarı uyuyurdu, ətrafında da qəbir daşları ("Ay-ulduz" həkk edilməklə).

Bu barədə Şuşa şəhər sakini Maya Sarı qızı (1901-1983) söyləmişdir.

Xankəndindən şərqə 1,5-2 km kənarda yerləşən Malıbəyli kəndinin cənubunda Qarabağın məşhur memarı və mühəndis Kərbəlayi Səfixan Qarabaği (1817-1910) tərəfindən 1880-cı ildə inşa edilmiş, açılışında Şuşa şəhərinin əsasını qoymuş Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşirin (1693-1763) nəticəsi, ictimai xadim, şair X.B.Natəvanın da (1832-1897) iştirak etdiyi "Novlu bulaq"dan 500-600 m aralıda "Şəhidlər qəbirstanlığı" salınmışdır.

1918-1920-ci illərdə Xankəndində cəbbəxana və səngər qurmuş hay-daşnak cəlladlarının amansızlıqla qətlə yetirdikləri yerli müqavimət dəstələrinin və 5-ci Qafqaz İslam Ordusunun Şəhidləri arabalarda, furqonlarda (faytonçular Məşədi Nəcəfqulu, Məşədi Abbas, Məşədi Dəmir olub) gətirərək həmin yerdə dəfn etmişlər (Malıbəyli kənd sakini Mənzər Dəmir qızının (1918-1993), Məşədi Mirvarı Murtuza qızının (1882-1965), Məhiş Əli oğlu İbrahimovun (1905-1961), Xankişi Məşədi Rza oğlunun (1896-1986)... söyləmələrinə görə).

Malıbəyli kəndinin şimalındakı qədim qəbirstanlıqda 3 Şəhid Türk döyüşçüsünün məzarı (ağ mərmərdən kvadrat şəkilli, ölçüsü 1 m x 1,2 m) kənd sakinlərindən Oqtay Bəhram oğlu Mədətovun (1936), Kərəm Şəfayət oğlu Cəfərovun (1936-2010)... evlərinin yaxınlığında idi.

(Yazının hazırlanmasında Şuşa rayonunun Malıbəyli kənd sakinləri Rafael Qulam oğlu Əlixanovun (1946), Tacir Nuruş oğlu Cəfərovun (1957) və Qaybalı kənd sakini Rafael Cümşüd oğlu Əlixanovun (1959) məlumatlarından istifadə edilmişdir.)

Qismət Yunusoğlu,

Bakı Dövlət Universietinin müəllimi 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31