İcra başçısı yaralı hərbiçilərlə görüşüb
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və digər rəhbər şəxslər rayon mərkəzi xəstəxanasında müalicə alan hərbiçiləri ziyarət edib.
12 Noyabr 2020 14:51 Sosialİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və digər rəhbər şəxslər rayon mərkəzi xəstəxanasında müalicə alan hərbiçiləri ziyarət edib. "OLAYLAR"-a daxil olan xəbərə görə, rayon rəhbəri onları qələbə münasibəti ilə təbrik edib. O, bildirib ki, tarixi zəfərin qəhrəmanları sizsiniz. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşdi. Həmin dəmir yumruğun nəticəsidir ki, uzun illərin torpaq həsrəti sona çatdı və biz o torpaqlara qayıtdıq.
İcra başçısı həmçinin hərbiçilərimizin müalicəsi və qayğıları ilə maraqlanıb, onlara tezliklə sağalıb evlərinə dönmələrini arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31