Qardaş Çuvaşıstan Yazıçılar Birliyinin (ÇYB) başqanı Mişşi Yuxma Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə anlamlı video-təbrik göndərib.

Qardaş Çuvaşıstan Yazıçılar Birliyinin (ÇYB) başqanı, Xalq yazıçısı, akademik Mişşi Yuxma (Mixail Nikolayeviç İlin) Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi münasibəti ilə anlamlı video-təbrik göndərib.
Mişşi Yuxma Çuvaşıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti İdarə heyətinin üzvüdür; vaxtı ilə Azərbaycanda səfərlərdə olub.
Dəyərli başqana, onun timsalında bütün ÇYB üzvlərinə təşəkkür edirəm. Əkbər Qoşalı

Qardaş Azərbaycan xalqını və Prezident İlham Əliyevi əsl qələbə - ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpağı Qarabağın azad olunması münasibətilə ürəkdən təbrik edirəm! Özgə torpaqlarını zəbt edən xalq heç zaman xoşbəxt ola bilməz. Doğrudanmı onlar illər öncə Azərbaycan torpaqlarını işğal edəndə bunu anlamamışdılar? Biz Azərbaycan Prezidenti Heydər Əliyevin qonağı olarkən o dedi ki, vaxt gələcək, Azərbaycanın bütün torpaqları  azad ediləcək. Onun oğlu İlham Əliyev atasının bu vəsiyyətini yerinə yetirdi. Mən ona görə çox şadam. Düşünürəm ki, Heydər Əliyevin ruhu göylərdən baxır və sevinir. 
Azərbaycan xalqını və Prezidentini bir daha təbrik edirəm! Biz çuvaşlar  azərbaycanlılarla qardaş xalq olduğumuz üçün bu qələbəyə  daha çox  sevinirik.

file:///C:/Users/N.A.F.service/Downloads/WhatsApp%20Video%202020-11-12%20at%2013.52.57%20(1).mp4

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31