Ermənistanda bir gündə 32 nəfər koronavirusdan öldü
Ermənistanda koronavirusa yoluxanların sayı 112 680 nəfərə çatıb.
12 Noyabr 2020 11:27 SosialErmənistanda koronavirusa yoluxanların sayı 112 680 nəfərə çatıb.
Olaylar.az-ın məlumatına görə, son sutka ərzində 2 132 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 32 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 668 nəfər koronavirusdan ölüb, 40 452 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31