“Qırmızı Xaç”dan əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı AÇIQLAMA

Ermənistanla Azərbaycan arasında meyit və əsirlərin mübadiləsi prosedurlarının başlanılması üçün ilk addım münaqişə tərəflərindən atılmalıdır.

Ermənistanla Azərbaycan arasında meyit və əsirlərin mübadiləsi prosedurlarının başlanılması üçün ilk addım münaqişə tərəflərindən atılmalıdır.Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd olunub ki, tərəflər razılığa gəldiyi halda, BQXK neytral vasitəçi olaraq, mübadiləni həyata keçirməyə hazırdır.Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı birgə Bəyanatın 8-ci bəndinə görə, "hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31