Ermənistanda daha 2 min nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 110 687 nəfərə çatıb. Olaylar.az-ın məlumatına görə, son sutka ərzində 2 000 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 27 nəfərin ölümü qeydə alınıb. Bugünədək Ermənistanda 1 636 nəfər koronavirusdan ölüb, 40 715 nəfərin müalicəsi isə davam edir. Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31