Braziliyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəşəsi ilə bağlı press brifinq keçirilib

 Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində bir qrup yerli və xarici mətbuat orqanlarının nümayəndələri üçün press brifinq keçirilib. 

Azərbaycan Respublikasının Braziliyadakı səfirliyində bir qrup yerli və xarici mətbuat orqanlarının nümayəndələri üçün press brifinq keçirilib. Olaylar.az bildirir ki, tədbirə toplaşan otuza yaxın mətbuat nümayəndələri qarşısında çıxış edən səfir Elxan Poluxov 27 sentyabrda ölkəmizə qarşı başlayan növbəti erməni təcavüzü və ona verilən layiqli cavab haqqında məlumat verib. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqəşəsinın tarixi haqqında danışaraq, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq qanununların norma və prinsiplərinə söykəndiyini demişdir. Münaqişənin həllinin əsas prinsiplərini formalaşdıran 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə toxunan E.Poluxov, qətnamələrin hazırlanması və qəbulunda o zaman TŞ qeyri-daimi üzvü olan Braziliyanın iştirakını da xatirlatdı və sonradan 27 il ərzində beynəlxalq aləm tərəfindən onların yerinə yetirilməsinin tələb edilmədiyini vurğuladı.

Ermənistanın beynəlxalq qanunvericiliyin tələblərini kobudcasına pozaraq münaqişə zonasından uzaq məsafədə yerləşən Azərbaycanın mülki və sənaye infrastrukturları, neft və qaz boruları, su anbarları və yaşayış məntəqələrini artilleriya və raket atəşinə tutduğu və buna görə məsuliyyət daşıyacağı da bildirlmişdır. Braziliyada çoxsaylı erməni icmasının yaşadığını söyləyən səfir, Ermənistan rəhbərliyinin erməni diasporu vasitəsi münaqişə zonasına xarici muzdluların cəlb etdiyini də jurnalistlərin nəzərinə çatdırılmışdı. Sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılmışdı.

Tədbir zamanı jurnalistlərə münaqişəyə aid video və foto çarxlar nümayiş etdirilmiş və məlumat qovluqları paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31