Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinə dair vacib müzakirələr- Vaşinqtonda

 Amerikanın paytaxtında böyük nüfuza malik Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutu (Jewish Institute for National Security of America - JINSA) tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinə dair vebinar keçirilmişdir. Görüşün iştirakçıları JİNSA-nın İcraçı direktoru Maykl Makovski, Mərkəzi Asiya, Qafqaz və Türkiyə ölkələri üzrə tədqiqatçı Dr. Svante Kornel və səfir Elin Süleymanov olmuşdur.

Amerikanın paytaxtında böyük nüfuza malik Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutu (Jewish Institute for National Security of America - JINSA) tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinə dair vebinar keçirilmişdir. Görüşün iştirakçıları JİNSA-nın İcraçı direktoru Maykl Makovski, Mərkəzi Asiya, Qafqaz və Türkiyə ölkələri üzrə tədqiqatçı Dr. Svante Kornel və səfir Elin Süleymanov olmuşdur.

Olaylar.az bildirir ki, Mayk Makovski çıxışında Dağlıq Qarabağ münaqişəsi və son günlərdə Ermənistan və Azərbaycan arasında gərginliyin müşahidə olunduğunu qeyd etmişdir. Çıxış edən səfir Süleymanov hazırkı döyüşlərin Azərbaycan ərazisində baş verdiyi və Azərbaycanın torpaqlarının işğalını təsdiq edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərinə əməl edərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını təmin etməli olduğunu diqqətə çatdırmışdır. Cari ilin iyul ayında təmas xəttindən kənarda Ermənistanın Azərbaycana Tovuz rayonu istiqamətində hücumu Azərbaycanın enerji layihələrinə zərbə vurmaq məqsədini daşıyırdı. 27 sentyabr tarixində də Ermənistan yenidən Azərbaycana hücum edərək növbəti təxribatını törətmişdir. Hücumlar zamanı Ermənistan mülki əhalinin yaşadığı Azərbaycanın ikinci böyük şəhəri Gəncə və elektrik stansiyanın yerləşdiyi Mingəçevir şəhəri, Bərdə rayonunu artilleriya atəşinə tutmuş və dinc əhalini hədəfə almışdır. Regionda sülhün bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxartmasının vacib şərt olduğunu diqqətə çatdırılmışdır. Eyni zamanda Azərbaycanla İsrail arasında yaxın əməkdaşlıq və tərəfdaşlıq olduğunu, əlaqələrin çoxsaylı və uğurlu olmasını vurğulayan səfir Süleymanov Ermənistanın məqsədi məhz uğurlara zərər yetirməkdir. Halbuki məhz Azərbaycan İsrail ilə müsəlman dövlətlər arasında münasibətlər üçün nümunədir. Səfir eyni zamanda təəssüf hissi ilə qeyd etmişdir ki, hərbi təxribatlar və hücumlarla yanaşı hazırda Ermənistan tərəfindən geniş dezinformasiya kampaniyası aparılmaqdadır. Bu dezinformasiya sovet zamanı klassik propoqanda aparılır və əsası olmadan yalan məlumatlar yaymaqdan ibarətdir. Təəcübedici hal odur ki, özlərini peşəkar politoloq və jurnalist hesab edən şəxslər heç bir faktoloji yoxlama aparmadan bu kimi yalan məlumatı xəbər kimi təqdim etməkdədir. Belə bir dezinformasiyanın məqsədi Azərbaycan torpaqlarının işğal edilməsi, mülki əhaliyə hücumları və bölgəyə terrorist qrupların cəlb olunması barədə məlumatlar yaymaqdır.

Svante Kornell Azərbaycanın strateji əhəmiyyətini vurğulamış, Xəzər dənizindən Avropaya uzanan nəqliyyat dəhlizinin buradan keçdiyini və regionda vacib rolunu nəzərə çatdırmışdır. Həmçinin NATO Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz etdiyi bildirilmişdir. Dağlıq Qarabağın qədim tarixə malik olduğunu bildirən S.Kornell Ermənistanın həmişə Dağlıq Qarabağa sahib olmasını istəyini qeyd etmişdir. Bu münaqişə davam etdirdikcə Ermənistan özünü regionda təcrid edir. Daha sonra Kornell bu münaqişədə Rusiya və Türkiyənin təsiri barədə fikirlər səsləndirmiş və ATƏT-in Minsk qrupunun fəaliyyətini qərb diplomatiyasının uğrusuzluğu kimi dəyərləndirmişdir. Dağlıq Qarabağ münaqişəsinin dünyanın digər yerlərində olan münaqişələrlə müqayisə edərək münaqişənin dondurulmuş kimi görünsə də kiçik və ya böyük püskürmələr qaçılmaz olduğu və bunun da sonuncu danışıqlarla həll olunmayana qədər davam edəcəyi qeyd olunur. Bundan əlavə daxil olan hər bir məlumatın diqqətlə dəyəndirilməsinin vacibliyi və bu xüsusda mətbuatın rolu diqqətə çatdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31