Səhiyyə Komitəsinin iclası keçirilib

Oktyabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin  növbəti onlayn iclası keçirilib.  Komitənin sədri Əhliman Əmiraslanov  iclasın gündəliyinə  yalnız  bir  məsələnin  daxil  edildiyini bildirib.   

Onlayn iclasda  "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi üçüncü oxunuşda  müzakirə  edilib.  

Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı  fikirlərini bölüşüb, sənədin əvvəlki oxunuşlarda  müzakirələri  zamanı millət  vəkilləri  tərəfindən   səsləndirilən  təkliflərə nəzər  salınıb. 

Komitə üzvləri Rəşad Mahmudov, Anatoliy Rafailov, Ülvi Quliyev, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, İlham Məmmədov, Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Soltan Məmmədov, Müşfiq Məmmədli sənədlə  bağlı  fikirlərini bildirdikdən  sonra  qanun  layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara  alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31