“Azəraqrartikinti” Silahlı Qüvvələrə 50 min manat köçürüb

 Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür.

Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür.

"OLAYLAR" xəbər verir ki, cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə "Azəraqrartikinti" şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir.

Bu günlərdə torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar arasında səhmdar cəmiyyətin əməkdaşları da var. Ordumuzun uğurlu hərbi əməliyyatlarına dəstək olmaq üçün "Azəraqrartikinti" ASC tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat  köçürülüb.  Səhmdar cəmiyyətin kollektivi hər zaman dövlətimizin yanındadır və ordumuza bundan sonra da hər cürə dəstək verməyə hazırdır.   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31