Sağlam bir çevrə üçün əl - ələ verək

"Bütün dünyanı ölüm təhlükəsi ilə hədələyən Covid -19 pandemeyası hələ də davam edir. Belə ki, son zamanlarda xəstəliyə yoluxanların  tempi xeyli yüksəkdir. Cox yanlış olaraq bəzi insanlarımız bu virusa biganə və laqeyd yanaşırlar. Həm özlərini,  həm də yaxınlarını təhlükəyə atırlar". Bunu "Olaylar"a deyən Nəsimi rayon sakini Gülnarə Hacıyevanın sözlərinə görə, mövcud vəziyyət Dövlət rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır: "Bu gün  45 dövlət xəstəxanası və beş modul tipli yeni yaradılan xəstəxana xəstəliyə yoluxan vətəndaşlarımıza xidmət edir. Yeni yaradılmış belə tipli xəstəxananın birinin də Xətai rayonunda açılışı oldu. Açılış mərasimində ölkə rəhbərimiz Azərbaycan prezidenti cənab İlham Əliyev və vitse-prezidentimiz,  ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak etdilər. Ölkə rəhbərimiz hazırkı vəziyyətlə bağlı çıxış etdi. O, öz çıxışında bildirdi ki,  insanların sağlığı mənimçün birinci növbədə - ön plandadır. Mən əminəm ki, bütün imkanlarımızdan istifadə edib  qüvvələrimizi birləşdirərək bu dəhşətli ölüm virusuna qalıb gələcəyik. Bütün dünyada bizim xeyirxah yardım və dəstəyimiz haqqında bilirlər. Çünki biz bunu  dünya arenasında həmrəylik  borcu kimi edirik. Sonra cənab prezident Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu görməzdən gələnlərə də öz tarixi fikrini bildirdi. O qeyd etdi ki, Azərbaycan xalqının öz torpaqlarını geri qaytarmaq üçün mövqeyi dəyişməzdir. Çünki bizim mövqeyimiz haqq - ədalət mövqeyidir.  Bu da tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır. Ölkə rəhbərinin bu səpkili çıxışları hər birimiz üçün vətəndaş həmrəyliyi dərsi olmalıdır. Biz yaxınlarımızı, özümüzü qorumaq üçün qoyulan qaydalara riayət etməliyik. Gəlin həyatımız üçün çox təhlükəli olan bu ağır dövrdə əl-ələ verək, Dövlətimizin, Cənab Prezidentin və  eləcə də bir- birimizin yanında olaq,  sağlamlığımızı qoruyaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31