Parlamentdə qanvermə aksiyası keçiriləcək
17 Aprel 2020 11:39 SosialMilli Məclis qanvermə aksiyasına qoşulacaq. "Olaylar" xəbər verir ki, bunu parlamentin plenar iclasında spiker Sahibə Qafarova deyib. Söiker bildirib ki, Milli Məclisdə bunun üçün yer ayrılıb: "Sabah saat 12-dən deputatlar və aparatın əməkdaşları qan verə bilərlər".
S.Qafarova əlavə edib ki, hökumətin hesabatı ilə bağlı 31 deputatın təklif və tövsiyələri yazılı olaraq Nazirlər Kabinetinə göndərilib: "Digər deputatların da təklif və tövsiyələri varsa, təqdim edə bilərlər. Həmin təkliflər də Nazirlər Kabinetinə göndəriləcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31