Yaşı 65-dən yuxarı olan deputatlar da iclasa qatılıb

Bu gün 6-cı çağırış Milli Məclisin (MM) növbəti-6-cı plenar iclası keçirilir. "Olaylar"ın xəbərinə görə, iclasda 24 məsələ müzakirə olunacaq. Əsas müzakirə mövzusu isə bələdiyyələrin illik hesabatı ilə bağlı Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məruzəsi olacaq. Hesabat məruzəsinin dinlənilməsindən sonra müzakirələrə başlanılacaq və sonda da hesabat səsverməyə çıxarılaraq təsdiqlənəcək.

Onu da qeyd edək ki,  bugünkü plenar iclasda bundan öncəki iclaslardan fərqli olaraq yaşı 65-dən yuxarı olan deputatlar da iştirak edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31