“Bəlkə də qaytardılar” xülyası ilə yaşayanların arzuları heç zaman çin olmayacaq

Eldəniz Səlimov: "Ancaq biz xalq, dövlət olaraq həmrəylik nümayiş etdirməliyik"

Aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə keçirildi. Qeyd edək ki, bu tipli müşavirələr artıq ölkəmizdə gözəl ənənə halını alıb. Ulu Öndərimiz Heydər Əliyevin dönəmindən başlayaraq, hər il ən azı 4 dəfə belə müşavirələr baş tutur. Yəni, ölkə Prezidenti cənab İlham Əliyevin 18 illik hakimiyyəti dönəmində də bu ənənənə davam etdirilir, görülən işlər, atılan atılan addımlar bir daha gözdən keçirilir, sərf-nəzər edilir, qiymət verilir, harada uğurlar, irəliləyişlər, nailiyyətlər var qeyd olunur, eləcə də, hansı sahələrdə həllini tapmayan, həllini gözləyən məqamlar, problemlər varsa, onlar ən ali kürsüdən səsləndirilir və aradan qaldırılması üçün göstərişlər, tapşırıqlar verilir. Budəfəki müşavirənin özəlliyi isə ondadır ki, ilk dəfə olaraq, videokonfrans vasitəsi ilə bu müşavirə gerçəkləşdirildi. Bu da dünyada və onun bir parçası olan ölkəmizdə yaşanan koronavirus pandemiyası, xüsusi karantin rejimim ilə bağlıdır.

Millət vəkili Eldəniz Səlimov bildirib ki, bunu bir Azərbaycan nümunəsi, Azərbaycan modeli hesab etmək olar: "Müşavirə zamanı ölkə Prezidenti giriş və yekun nitqi siylədi, eləcə də, hökumət üzvlərindən, iqtisadi blokun nümayəndələrindən İqtisadiyyat, Maliyyə, Əmək və əhalinin sosial müdafiəsi, Kənd təsərrüfatı nazirləri, Mərkəzin Bankın sədrli çıxış etdilər: "Hər zaman olduğu kimi, ölkə Prezidentinin hər iki çıxışı çox əhatəli, çox məzmunlu, Azərbaycan və dünya reallıqlarını olduğu kimi, özündə əks etdirən tarixi bir çıxışı idi. Ölkə Prezidenti çıxışında 2020-ci il uğurla başlanıldığını, ilin əvvəlində Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını, xüsusilə, yanvar-fevral aylarında həm iqtisadi, həm sosial göstəricilərin çox müsbət olduğunu bildirdi, eyni zamanda, mart ayından müəyyən qədər tənəzzülə uğradığımızı təəssüfü hissi ilə dilə gətirdi. Bunun təbii, yəni, koronavirusun bütün dünya üçün bəla, dünya iqtisadiyyatı üçün böyük problem olduğunu söylədi və qeyd etdi ki, ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq o da vurğulandı ki, indi dünyanın yeni bir mərhələyə qədəm qoyduğunu və hətta ən inkişaf etmiş ölkələrin böyük problemlərlə üzləşdiyini hər kəs yaxşı bilməlidir. Doğrudan da, koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Qeyd etdiyimiz kimi, Azərbaycan da dünyanın bir parçasıdır və bu bəlanın təsirlərindən kənarda qalması mümkün deyildi".

Millət vəkili bildirib ki, bununla belə, ölkə Prezidentinin çıxışında vurğulandığı kimi, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində ölkəmizdə vəziyyəti nəzarət altında saxlanılır" "Yəni, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirilməsəydi, bu gün xəstələrin sayı Allah uzaq etsin, min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi də onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Eyni zamanda, ölkə Rəhbərinin çıxışında bildirildiyi kimi, pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Ölkə Prezidenti daha bir anons verərək, ölkədə siyasi islahatların davam etdiriləcəyini və bunun da nəticə etibarı ilə imkanlarımızı daha da genişləndirəcəyini bəyan etdi. Çünki həqiqətən də bu islahatların gözəl nəticələrini göz önündədir, hər birimiz də bunu görürük, bilirik. Həmçinin, vurğulandığı kimi, Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq və bunun üçün də kifayət qədər güclü siyasi iradə var. Bu iradə də məhz Azərbaycan Prezidentinə, Liderimiz İLham Əliyevə məxsusdur. Bu iradə, bu qətiyyət bizi bundan sonra da ən zor şərtlər daxilində belə uğurlara, zəfərlərə doğru aparacaq. Azərbaycan bu bəlanın da qarşısını alacaq, öhdəsindən gələcək və öz sürətli tərəqqisini, inkişafını davam etdirəcək. Kimsə də buna mane, əngəl ola bilməz və bilməyəcək. Buna Azərbaycan dövləti, Azərbaycan xalqı və müdrik ölkə Rəhbəri imkan verməyəcək. "Bəlkə də qaytardılar" xiffəti, xülyası ilə yaşayanların arzuları heç zaman çin olmadığı kimi, bu dəfə də çin olmayacaq, növbəti dəfə uğursuzluğa, fiaskoya uğrayacaqlar. Bu, onların "alın yazısıdır" çünki. Onlar hər zaman məğlubiyyətə və fiaskoya məhkumdurlar bu ağılla, bu düşüncə ilə... Ancaq biz xalq, dövlət olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik və indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq. Bu, mütləqdir və mütləq olacaq. Bunu da bacaracağıq".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31