Azərbaycan bütün istiqamətlər üzrə yüksələn xətlə yalnız və yalnız irəliyə doğru gedir -  Bəhruz Quliyev

"Müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyevin Azərbaycanda islahatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxarmasını vurğulaması bir daha sübut edir ki, ölkəmiz istənilən fors-major hallardan qalib şəkildə çıxmağa qadir olan iqtisadiyyata malikdir"

Olaylar.az bildirir ki, bu fikirləri  "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə irəli sürdüyü fikirlərini şərh edərkən deyib.

"Cənab Prezident İlham Əliyev Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirməklə yanaşı, iqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar da verib", deyən siyasi ekspert əlavə edib ki, ölkə başçısı 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını vurğulayıb və bu tezislər qarşıda əldə ediləcək növbəti nailiyyətlərin anonsu olaraq da qiymətləndirilə bilər:

"Dövlətimizin başçısı çıxışı əsnasında bu faktoru xüsusilə nəzərə çatdırdı və hər şeyə rəğmən, ilin sonuna qədər sosial islahatların ixtisara salınmayacağını bəyan etdi".

Azərbaycanda sosial-iqtisadi inkişafın dinamikası kifayət qədər münbit əsaslara söykənib və bu dinamika hətta koronavirus pandemiyası dövründə özünü qoruyub-saxlamaqdadır. Prezident İlham Əliyev keçirdiyi müşavirədə Azərbaycanın uğur tandemini hədəflədiyini və bu hədəfləri əldə etdiyini vurğulayıb.

"Bütövlükdə isə düşünürəm ki, artıq ölkəmizdə aparılan düşünülmüş siyasət bir sıra mühüm qabaqlayıcı tədbirlərin reallaşdırılması ilə öz uğurlu sözünü deməkdədir. Xalqımızın, dövlətimizin lideri bu xüsusdakı çıxışında da əsasən qeyd edib ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlər, həmçinin gerçəkləşdirilən sosial tədbirlər qarşıdakı zamanda da həyata keçiriləcək. Yəni islahatlar davam edəcək. Bu amil təbii ki, irəliyə doğru atılan inamlı addımların məntiqi, uğurlu nəticəsidir".

Bəhruz Quliyev bildirib ki, Azərbaycan bütün istiqamətlər üzrə yüksələn xətlə yalnız və yalnız irəliyə doğru gedir:

"Biz bunu daxili və xarici siyasətdə, regional və beynəlxalq liderlik gerçəkliyində və s. çoxsaylı, qlobal layihələrin həyata keçirilməsində şahid kimi görməkdəyik. Məhz bu baxımdan, Prezident İlham Əliyev keçirdiyi müşavirədə Azərbaycanın uğur tandemini hədəflədiyini və bu hədəfləri əldə etdiyini vurğulayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31