Sabun, su və yalnızlıq... ŞƏMSİYYƏ KƏRİMOVA YAZIR

ŞƏMSİYYƏ  KƏRİMOVA

Havadakı bütün uçaqlar quş kimi yerə endi...
Otellər bağlandı,
Ən böyük Turizm yeri xəstəxanaya çevrildi...
Oyunlar təxirə düşdü...
Bir neçə insanın bir arada olacağı hər şey qısaldıldı...
Məktəblər bağlı...
Qatarlar durdu, yollar boşaldı...
Neft sudan dəyərsiz oldu...
Kəbə qapılarını qapadı, Kəbə...
Kimin gücü yetərdi buna....
Toplantılar, satışlar, toylar, təntənələr hamısı ləğv olundu...
Ölsən cənazənə gələcək insan tapa bilməzsən...
"Turist axını olacaq, bazarı artıraq" deyərkən, turist gəlməsin deyə bütün uçuşları dayandırdılar...
Hər şey yalan oldu dostlar...
Axşam əynindən çıxardığın paltarın düşmənin kimi...
Ananı öpərkən düşünürsən...
Yeni dostların var artıq; sabun, su və yalnızlıq...
Artıq pəncərədən baxırıq həyata...
Dini, dili, irqi, məmləkəti fərq etmir, ilk dəfə eyni gəmidə, sürətlə bir-birimizə doğru gedirik....
Yaşayarıqsa görəcəyik.. .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31