Operativ Qərargahdan xaricdəki azərbaycanlılara - Çağırış
4 Aprel 2020 20:55 SosialNazirlər Kabineti yanında Operativ Qərargah qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə və olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, həmçinin səfərlərdən çəkinməyə çağırıb.
Operativ Qərargah eyni zamanda xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31