“Səhnəmizin Məcnun”u karantində qəzəl oxuyur - AÇIQLAMA
4 Aprel 2020 19:33 SosialKoronavirus edidemiyasının yayılması ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejiminə tanınmış sənətçilər də əməl edir.
Tanınmış muğam ustası, xalq artisti Mənsum İbrahimov deyib ki, karantin rejiminə, "Evdə qal" çağırışına ciddi əməl edir.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşularaq bir aylıq maaşımı Koronavirusla Mübarizəyə Dəstək Fonduna keçirdim. Ailəmlə birlikdə "evdəqal" aksiyasına qoşulmuşuq. Evdəyəm, ailəmlə birgə vaxt keçirirəm. Sosial şəbəkələr vasitəsilə insanlara müraciət edərək karantin qaydalarına əməl etməyə çağırış etdim"-deyə xalq artist bildirib.
Onun sözlərinə görə, evdə otursa da yaradıcılıq axtarışlarını davam etdirir, rəsmi qurumların apardığı kampaniyaya dəstək verir:
"Aprelin 9-da Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Evdən onlayn" konsert proqramında çıxış edəcəyəm. Aprelin 10-da saat 14.30-da isə Azərbaycan Televiziyasında yayınlanan "Eyvandan onlayn" verilişində çıxış edəcəyəm. Fərdi şəkildə internet üzərindən dərslərimizi davam ediririk. Görkəmli şairlərimizin qəzəlləri oxuyuram".
Sevilən sənətkar əhalini karantin qaydalarına əməl etməyə çağırıb: "Dövlətimiz koronavirus epidemiyasının yayılmasına qarşı lazımi tədbirlər görür. Bizə düşən qaydalara əməl etməkdir. Mən dövlətimizə və xalqımıza güvənirəm. Qaydalara əməl etsək, tezliklə bir bəladan qurtulacaq, normal həyata dönəcəyik. Tanrı millətimizi qorusun".