"Azərbaycan Dəmir Yolları" eşitmə məhdudiyyətli insanlar üçün maarifləndirici videoçarx hazırladı
4 Aprel 2020 13:13 SosialAzərbaycanda yeni növ koronavirusun yayılmasının qarşısının alınması üçün əhalinin bütün qruplarının maarifləndirilməsi çox vacibdir. Bu baxımdan informasiyaya çıxışı məhdud olan insanların məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir.
"OLAYLAR" xəbər verir ki, bunu nəzərə alan "Azərbaycan Dəmir Yolları" QSC eşitmə məhddudiyyəti olan insanlar üçün videoçarx hazırlayıb.
Səhmdar Cəmiyyət ümid edir ki, bu surdotərcüməli videoçarx eşitmə məhdudiyyətli insanların COVID-19 infeksiyası mövzusunda maarifləndirilməsinə xidmət edəcək.
"Mövcud vəziyyətdə fiziki məhdudiyyətli şəxslərin dəstəyə daha çox ehtiyacı var. Gəlin, həmrəylik və birlik nümayiş etdirib, onları bacardığımız qədər diqqət və qayğı ilə əhatə edək!"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31