“Instagram“da nasazlıq yaranıb
4 Aprel 2020 07:18 SosialDünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
"Report" xəbər verir ki, bu barədə məşhur internet resursların fəaliyyətini izləyən "Downdetector" xidməti məlumat yayıb.
"Instagram"dakı nasazlıqlarla daha çox ABŞ, Niderland, Almaniya, İspaniya, Böyük Britaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya və Braziliya istifadəçiləri qarşılaşıblar.
İstifadəçilərin çox hissəsi (43%) xəbər lentinin yükləməsində problemlərdən şikayətlənirlər. Sosial şəbəkədəkilərin 27%-i paylaşımlardan narazılıq edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31