Baş redaktordan ZİYALI ÇAĞIRIŞI- evdə qalmaqda davam edin!
3 Aprel 2020 22:24 SosialELÇİN MİRZƏBƏYLİ
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru
Biz işləyirik... Ona görə ki, bu bizim peşə borcumuzdur. İnsanlığın çətin sınaq qarşısında qaldığı bir zaman kəsiyində, xalqımız, dövlətimiz və bütün bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən bir dönəmdə peşəmizə və fəaliyyətimizə ehtiyac duyulduğuna görə özümüzü xoşbəxt saymalıyıq.
Əslində biz jurnalistlər çox şanslıyıq. Çünki bizə də ölkəmizin, həmvətənlərimizin təhlükəsizliyinin təmin edilməsi, vətəndaşlarımızın marifləndirilməsi, dezinformasiyaların qarşısının alınması kimi hazırda həyati önəm daşiyan bir prosesdə iştirak etmək imkanı tanınıb.
Əziz həmvətənlər, Siz evdə qalmaqla, özünüzü, doğmalarınızı izolə etməklə əslində bu prosesə və təbii ki, bizim də işimizə çox böyük töhvə verirsiniz!
Evdə qalmaq, doğmalarla, yaxınlarla, sevdiyiniz insanlarla məsafə saxlamaq böyük səbr, təmkin tələb edir və mənə görə, hazırda Siz də öz imkanlarınız çərçivəsində fədakarlıq nümayiş etdirirsiniz! Buna görə çox sağ olun və evdə qalmaqda davam edin! Biz birlikdə güclüyük!
#TanrıAzərbaycanıQorusun