İsmayıllının icra başçısı: "...xalq üçün, həmrəylik və birlik üçün məhsul yetişdirməyə çağırıram"

İsmayıllının yeni icra başçısı Nahid Bağırov gözlənilən qlobal iqtisadi böhrana qarşı mübarizə aparmaq üçün rayon sakinlərini təsərrüfatla məşğul olmağa çağırıb. O, şəxsi "facebook" səhifəsində yerləşdirdiyi müraciətdə bildirir ki, "COVID-19" pandemiyası ölkələri iqtisadi böhran təhlükəsi ilə üz-üzə qoyub. Koronavirusun dünya

iqtisadiyyatına vurduğu zərbələrdən biri karantin rejimində bir çox istehsal müəssisəsinin fəaliyyətinin məhdudlaşması və çətinliklərlə üzləşməsi, insanların əmək fəaliyyətindən kənarlaşması ilə müşahidə olunur. Bu, dünya ölkələri, eləcə də Azərbaycanda iqtisadi böhran hallarına qarşı qabaqlayıcı tədbirləri aktual edir.

"Hazırda pandemiyanın növbəti aylarda davam etməyəcəyinə əmin olmaq mümkün deyil" deyən başçı qeyd edir ki, bu, bir sıra vəzifələrlə birgə, ərzaq təminatı sahəsindəki işləri də önə çəkir."Hazırda əkin dövrüdür. Təsərrüfat sahələrinizi mövcud imkanlarınız çəçərçivəsinə uyğun potensialı ilə məhsuldarlığa hazır vəziyyətə

gətirmək zərurəti yaranır. Hamınızı təsərrüfat sahələrinizdə, hətta evlərinizin yerləşdiyi torpaq sahələrində xalq üçün, həmrəylik və birlik üçün məhsul yetişdirməyə çağırıram. Ailələri ehtiyaclarından artıq olan məhsulları ölkə bazarına, həmrəyliyə, birliyə yönəltməyə səsləyirəm. Göründüyü kimi, bu, yalnız təsərrüfat sahibləri deyil,sadə kəndlilərə də aiddir" - deyə N.Bağırov qeyd edir. İcra başçısı məhsulları rayonun müəssisə və təşkilatlarının imkanları çərçivəsində müxtəlif bölgələr, eləcə də paytaxta çatdırmağa təminat verir.Rayon rəhbəri əlavə edir ki, bu cür məsuliyyət, belə bir düşüncə həttasadə kəndlidə sahibkarlıq fəaliyyətinin əsasını qoymuş olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31